ABŞ-da Viktoriya dövrünə aid çəhrayı malikanə satışa çıxarılıb. Elchi.az “New York Post”a istinadən verir ki, xəbər Viskonsin ştatındakı mənzil 1,1 milyon dollar dəyərində qiymətləndirilib.
Obyekt Hudsonda yerləşir. Evin çölü tamamilə açıq çəhrayı rəngə boyanıb. Bir neçə otaqda divarlar Barbie loqosu ilə bəzədilib.
Üç mərtəbəli evin sahəsi təxminən 520 kvadratmetrdir. İçərisində yeddi yataq otağı və dörd vanna otağı, həmçinin iki mətbəx, yemək otağı, kaminli qonaq otağı və ev kinoteatrı var. Köşk 1900-cü ildə tikilib.
Havar Şəfiyeva






