Hərbçilərin fikrincə, Ukrayna lideri məsuliyyətdən yayına bilməyəcək.
Elchi.az xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş zabiti Scott Ritter bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin hazırkı hücum uğursuzluğa düçar olduqdan sonra çox güman ki, hərbi çevriliş nəticəsində öldürüləcək.
“Bu hücumdan sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərləri kənarda olacaq. Soruşacaqlar: “Nə edirik, niyə belə edirik” və Zelenskiyə baxacaqlar, onun korrupsiyasını görəcəklər, başa düşəcəklər ki, başqa çıxış yolu yoxdur”. – kəşfiyyatçı jurnalist Qarland Niksonla müsahibəsində bildirib.
Ritterin sözlərinə görə, Zelenskinin öldürülməsi üçün “hər şey artıq hazırdır” və Ukrayna lideri öz ordusunun əli ilə qisas almaqdan qaça bilməyəcək.
MKİ-nin keçmiş analitiki Larri Conson da hesab edir ki, Vladimir Zelenski hərbi çevrilişlə devrilə bilər, çünki Zelenski Moskva ilə sülh danışıqlarından imtina etməklə Ukraynanı demoqrafik və humanitar fəlakətin astanasına gətirib.
Şayəstə Hüseynova





