Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla danışıqların Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə keçiriləcək görüşünə hazırlıq xarakteri daşıyacağını bildirib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdakı görüşünə hazırlıq olacaq. Biz taxıl müqaviləsinin bərpası və Ukraynada sülh yolu ilə ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə edəcəyik”, – deyə diplomat bildirib.
Bundan əvvəl TASS-ın Ankaradakı diplomatik departamentindəki mənbələr iki ölkə prezidentlərinin görüşünün sentyabrın 4-də Soçidə baş tutacağını təsdiqləyiblər.
Havar Şəfiyeva




