Polşa Daxili İşlər Nazirliyi (DİN) KTMT-nin “Döyüş Qardaşlığı” təlimlərini psixoloji müharibənin elementi kimi qəbul edib.
Elchi.az BBC.com-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski məlumat verib.
“Bu gün sərhədin o tayında, Belarusda Belarus-Rusiya silahlı qüvvələrinin hərbi təlimləri, o cümlədən bizim sərhədimiz yaxınlığında keçirilir. Təsadüfi deyil ki, onlar sentyabrın 1-dən başlayıblar. Bu, psixoloji müharibənin elementidir”, – deyə Kaminski bildirib.
Yeganə





