Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps Kiyevlə bağlı səmimidir və onu dəstəkləməyə davam edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yazıb.
Şapps ilə işləyən keçmiş hökumət sözçüsü, yeni müdafiə nazirinin regiona həssas olduğunu və həqiqətən Ukraynaya bağlı olduğunu söylədi və keçən il qaçqın ailəsini öz evində qəbul etdiyini qeyd etdi.
Öz növbəsində, əvvəllər yeni nazirin sədrlik etdiyi İcmalar Palatasının Ümumi Partiyalı Ukrayna Qrupunun katibi Ceyson Makkartni Şappsın “Ukrayna xalqına fədakarlığını” yüksək qiymətləndirib.
Bundan əvvəl Nazirlər Kabinetində baş verən dəyişikliklər zamanı Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib. Hərbi idarənin yeni rəhbəri daha əvvəl Energetika Nazirliyinə rəhbərlik etmiş 54 yaşlı Şapps olacaq.
Havar Şəfiyeva






