2023-cü ilin avqust ayı əsas kənd təsərrüfatı ixracatçılarından biri hesab edilən Hindistan üçün 100 ildən çox müddətdə ən quraq ay olub. Elchi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu vəziyyət analitiklərin Asiya ölkəsində məhsulun azalması ilə bağlı proqnozlar reallaşacaq.
Hindistanda yayın son ayında ümumilikdə 162,7 millimetr yağıntı düşüb ki, bu da normadan 36 faiz azdır və iyun-avqust aylarında onların ümumi miqdarı bu mövsüm üçün optimal səviyyədən on faiz azdır. Avqust ayı üçün oxşar dəyərlər ən azı 1901-ci ildən bəri qeydə alınmayıb deyə ölkənin Meteorologiya İdarəsi bildirir.
Əlverişsiz hava şəraiti buğda və çəltik əkinlərinə xeyli ziyan vuraraq, hakimiyyəti bu məhsulların ölkədən çıxarılmasını qadağan etməyə məcbur edib. Eyni zamanda son vaxtlar Asiya regionuna təsiri güclənən El Nino təbiət hadisəsi hindli fermerlər üçün əlavə çətinliklərə səbəb ola bilər. Ölkənin qamış becərdiyi qərb və cənub bölgələrində yağıntının az olması səbəbindən şəkər yığımı da təhlükə altındadır.
Havar Şəfieva






