İyulun 26-da ABŞ-ın müdafiə naziri Lloyd J. Austin fransalı həmkarı Sebastien Lecornu ilə hərbçilərin hakimiyyəti ələ keçirdiyi Nigerdə təhlükəsizlik vəziyyəti ilə bağlı telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd J. Ostin fransalı həmkarı Sebastyan Lekornu ilə telefon danışığı aparıb.
ABŞ-ın bəyanatına görə, görüş zamanı Ostin və Lekornu Nigerdəki vəziyyətin diplomatik yolla həlli istəklərini bölüşüblər.
Nigeriyalı və afrikalı tərəfdaşlarla davamlı qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayan tərəflər, ABŞ-Fransa uzunmüddətli müdafiə və təhlükəsizlik əlaqələrinin təmin etdiyi əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər.
Nuranə Məmmədova





