Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Ankara ilə münasibətlərin normallaşmasına önəm verir və bu prosesi Bakı ilə münaqişənin həlli ilə əlaqələndirmir.
Elchi.az bu barədə “İnterfaks” -a istinadən xəbər verir.
“Biz Ermənistan- Türkiyə münasibətlərini Ermənistan- Azərbaycan münasibətləri ilə bağlamırıq , baxmayaraq ki, Azərbaycan və Türkiyə birləşdirmək istəyirlər və bu barədə daim danışırlar”, – Paşinyan bildirib.
O vurğulayıb ki, İrəvan “Türkiyə ilə münasibətlərin tənzimlənməsini vacib hesab edir”.
Nuranə Məmmədova





