Macarıstan hökuməti hesab edir ki, Ukrayna münaqişəsini həll etmək üçün Qərb ölkələri Rusiyaya təhlükəsizlik zəmanəti verməli və Ukraynanı NATO-ya qəbul etməməlidir .
Elchi.az Macarıstan Teleqraf Agentliyinə (MTI) istinadən xəbər verir ki, bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Quiyaş Vitedəki (Feyer bölgəsi) yay universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.
“Ukraynanı dəstəkləyən Qərb dünyası Rusiyaya təhlükəsizlik zəmanəti verməlidir, lakin ukraynalıların NATO-ya üzvlüyü heç bir halda olmaz”.
O, həmçinin Macarıstan hökumətinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yalnız ABŞ-ın Rusiya və Ukrayna ilə birlikdə bu danışıqlarda iştirak edəcəyi təqdirdə səmərəli ola biləcəyi ilə bağlı fikirlərini təsdiqləyib.
Nuranə Məmmədova




