21 yaşlı kababçı qısqandığı sevgilisini 12 dəfə bıçaqlayıb
Rusiyada qısqanc azərbaycanlı qətlə əl atıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 21 yaşlı Azərbaycan vətəndaşı olan gənc oğlan 18 yaşlı tələbəni
12 dəfə bıçaqlayıb.
Hadisə Rusiyanın Çelyabinsk vilayətində, 50 let Oktyabra küçəsindəki yataqxanada qeydə alınıb. Başqırdıstandan gələn gənc qız Zlatoustda kollecdə təhsil alıb. O, yataqxanada kirayədə qalıb. Axşam saatlarında şəhərdəki kababxanalardan birində işləyən Azərbaycan vətəndaşı sevgilisi onun yanına qonaq gəlib.
Gənclər arasında münasibətləri ilə bağlı söhbət düşüb. Oğlan qızın ona xəyanət etdiyindən şübhələnib.
“Mübahisə zamanı oğlan masadakı mətbəx bıçağını götürərək qızın döş qəfəsi və qarın nayihəsindən 12 zərbə vurub. Sorğuda oğlan qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. O, deyib ki, emosiyalarını saxlaya bilməyib”, deyə Çelyabinsk vilayətinin böyük müstəntiqi Marina Qoverdovskaya deyib.
Qeyd edək ki, qızı qətlə yetirən gənc polisə gedərək könüllü təslim olub.
Faktla bağlı cinayət işi açılıb. Miqrant gənci 15 ilə kimi həbs cəzası gözləyir.
ANS PRESS



