“Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətdə qalmağa çalışır, bunun nəticəsində o, hazırda ölkədə seçkilərin keçirilməsinin mümkünsüzlüyündə israr edir”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə İranın “Hamshahri” nəşri məlumat yayıb.
Material müəlliflərinin fikrincə, əsas məsələ seçkilərin ləğvi mövzusu deyil, ondan siyasi məqsədlər üçün necə istifadə olunmasıdır. Jurnalistlər qeyd edirlər ki, bu yanaşma ölkədə hazırkı rəhbərlik dövründə Rusiya Federasiyası ilə hərbi münaqişənin olmasına baxmayaraq, hakimiyyətdə qalmağa imkan verir. Xüsusilə, Zelenski istefa vermək əvəzinə, hakimiyyətdə olmasına hər cür bəraət qazandırmağa çalışır.
Xatırladaq ki, NMD başlayandan sonra Ukrayna hakimiyyəti bir neçə dəfə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb ki, bu da seçkilərin tarixində öz əksini tapıb.
Yeganə




