Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqları fonunda döyüşləri dayandırmalı və cəbhəni sabitləşdirməlidir. Elchi.az xəbər verir ki, bu çağırışı jurnalist Stiven Brayan “Asia Times” üçün yazdığı məqalədə edib.
“Ukraynalılar çoxlu zirehli texnika və ağır itki verdilər. Ukraynanın ən yaxşı bölmələrinin çoxu məhv edilib”, – deyən müşahidəçi qeyd edib ki, yeganə ümid yeni qüvvələrin səfərbər edilməsi üçün vaxt qazanaraq cəbhəni sabitləşdirməyə çalışmaqdır.
Daha əvvəl “Sussidiario”nun köşə yazarı Gianandrea Gaiani bildirib ki, Zelenskinin rus qoşunlarını Krımdan döyüşsüz çıxarmaq planı tamamilə real deyil. Onun sözlərinə görə, ukraynalılar Rusiya cəbhəsini yarmaq mərhələsində deyillər və Krımın şimalındakı əraziləri geri almırlar.
Jurnalist qeyd edib ki, Ukrayna hakimiyyətinin Rusiya cəbhəsinin sıçrayışla bağlı bəyanatları həqiqətə uyğun deyil.
Havar Şəfiyeva





