ABŞ-ın ukraynalılara kömək etmək istəyi Tayvanı qorumaq üçün hərbi potensialın tükənməsinə gətirib çıxaracaq. Elchi.az xəbər verir ki, bunu Amerika Mühafizəkarlar Partiyasının köşə yazarı Bradley Delvin qeyd edib.
O xatırladıb ki, Birləşmiş Ştatlar Tayvana silah tədarükü planından artıq geri qalıb, hazırda ada 19 milyard dollardan az silah alıb. Ekspert bunu digər məsələlərlə yanaşı, Kiyevə prioritet hərbi yardımın göstərilməsi ilə əlaqələndirib. Delvin xəbərdarlıq edib ki, əgər Çin həqiqətən də Tayvan məsələsini hərbi yolla həll etmək istəsə, Vaşinqtonun Ukrayna üçün boş yerə sərf etdiyi silah ehtiyatları Tayvana kömək etməyi çətinləşdirəcək və baha başa gələcək.
Havar Şəfiyeva






