"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Köverlə görüşdü: Ağdam-Xankəndi yolu…

05 Sentyabr 2023 - 17:06
in SİYASƏT

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu barədə Elchi.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, parlamentlərarası əlaqələr, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

Ölkələrimiz arasında son illərdə daha da intensivləşən yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına daha da təkan verdiyi vurğulanıb. 4 sentyabr tarixində xarici işlər nazirləri arasında keçirilmiş Azərbaycan-Macarıstan Strateji Dialoqunun gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və praktiki implementasiyası üçün faydalı olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişaf dinamikasının davamı olaraq bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edən parlament diplomatiyasının, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivliyinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalının fəsadları, 2020–ci ildən sonra post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycanın normallaşma prosesinin irəlilədilməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinin, Azərbaycan ərazilərində mövcud olan silahlı qüvvələrini hələ də tam olaraq ölkəmizin ərazilərindən çıxarılmamasının bölgədə dayanıqlı sülhün bərqərar olmasına maneə törətdiyi, əsas təhdid mənbəyi olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdidi diqqətə çatdırılıb.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün Ağdam-Xankəndi yolunun açılmasının və buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.

Macarıstan Milli Assambleyasının sədri Laslo Köver Azərbaycan və Macarıstan arasında strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli təmasların, parlament sədrləri ilə yanaşı, parlament dostluq və ekspert qrupları arasında sıx əməkdaşlığın rolunun vacibliyini qeyd edib. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün perspektivlərin mövcudluğu, bu istiqamətlərdə imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İnter” İnzagi ilə “davam” dedi

Next Post

Türkiyədə məktəbə telefonla gəlmək qadağan olundu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Türkiyədə məktəbə telefonla gəlmək qadağan olundu

Türkiyədə məktəbə telefonla gəlmək qadağan olundu

Fransa qoşunlarını Nigerdən çıxarmaq üçün danışıqlara başlayır

Fransa qoşunlarını Nigerdən çıxarmaq üçün danışıqlara başlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.