Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olarkən, demək olar ki, bütün dünya əhalisi “keyfiyyətli havadan” məhrum olaraq həyatlarını davam etdirirlər.
Elchi.az xəbər verir ki, bütün dünyada ictimaiyyətin məlumatlılığını artırmaq və havanın keyfiyyətinin yaxşılaşdırılması səylərini təşviq etmək üçün 7 sentyabr 2019-cu ildən “Mavi Səma üçün Təmiz Hava Günü” kimi qeyd olunur.
2022-ci il Dünya Havanın Çirklənməsi Hesabatına görə, Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş dünyanın ən çirkli ölkələri sırasındadır. Ən təmiz hava ölkələri Quam, Fransız Polineziyası və Bermud adalarıdır.
Dünyada havanın ən çox çirkli olduğu şəhər Taylandın Çianq Mayı olaraq göstərilib.
Avropa Statistika İdarəsinin (Eurostat) 2022-ci il məlumatlarına görə, Avropanın ən çirkli ölkəsi Bosniya və Herseqovina, sonra Şimali Makedoniya və Serbiya olub.
Dünyanın 101 ölkəsinin hava keyfiyyətini canlı izləyən İsveçrə mərkəzli IQ Air tərəfindən dərc edilən hesabatda dünyanın ən təmiz havası olan ölkələr arasında Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya və Yeni Zelandiya göstərilib.
Şayəstə Hüseynova




