"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Biləsuvarlı gənclərin bayram sevinci – Fotolar

03 Fevral 2015 - 23:35
in MANŞET



“Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq10836185_819389274794047_87734737_n Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Ümummilli lider Heydər Əliyev

“Vətənpərvərlik məktəbi məkanı” kimi artıq ölkə hüdudlarına səs salmış Biləsuvar rayonu fəal, vətənpərvər gənclərinin, ziyalılarının, zəhmət fədailərinin parlaq uğurları ilə həyatın bütün sahələrində əlçatmaz yeniliklərə imza atmaqdadır. 2013-cü ildə “Gənclər paytaxtı” adını qazanmaqla Biləsuvar gəncləri bir daha sarsılmaz birliklərini hər kəsə nümayiş etdirə bildilər.
Ötən gün 2 fevral Gənclər günü rayon gənclərinin fəallığı ilə qeyd edildi. Gənclərin xüsusi zövqlə təşkil etdikləri mərasimin keçirildiyi “ZİRVƏ” şadlıq sarayı həmin gün başdan-başa gənclik eşqilə şölələnirdi, al-əlvan geyinmiş məktəbli ifaçılar zala xüsusi gözəllik qatırdı.
Bayram mərasimini açıq elan edən aparıcılar- hər ikisi rayonumuzun fəxri, gənc fəalları Şəmsi Rzalının və Səbinə Hüseynzadənin səsləri mikrofondan ucaldıqca, gurultulu alqış sədaları altında musiqi nömrələri mərasimə yeni ovqat gətirir.
Maraqlı təqdimatdan sonra ilk təbrik çıxışı da Rayon Gənclər və idman idarəsinin rəisi Aqşin BAĞIROVDAN gəlir. A.Bağırov əhatəli təbrik çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyilə uğurla icra edilən gənclər siyasətinin gənc nəslin qarşısında yeni üfüqlər açdığını diqqətə çatdırdı.
“Prezident İlham Əliyevin atdığı ardıcıl addımlar nəticəsində Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilmişdir, respublikamızın inkişafında ciddi rol oynamağa başlamışdır. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev gənclər siyasətinin səmərəliliyinin artırılması məqsədi ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir.”
Natiq bu gün potensialını, istedad və bacarığını göstərmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyətilə müasir Azərbaycan gəncliyinə örnək olduğunu xüsusi vurğulamışdır.
Daha sonra gəncləri bayram günü münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar şöbəsinin müdiri Xəyalə xanım QƏNBƏROVA ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə hər zaman minnətdar olduqlarını bildirdi. Biləsuvar gəncliyinin sarsılmaz birliyindən, qəhrəmanlığından, göstərdikləri vətənpərvərlik nümunələrindən ətraflı danışan X.Qənbərova məhz gənclərin qətiyyəti sayəsində 2013-cü ildə rayonun “Gənclər paytaxtı” adına layiq görülməsini fərəhli hal kimi diqqətə çatdırdı. Məhz uğurların davamlı və dayanıqlı olması naminə bütün gənclərə işgüzar fəaliyyətlərində əzmkarlıq və yaradıcılıq uğurları, şəxsi həyatlarında isə səadət arzulamışdır.
Daha sonra tədbirdə təbrik çıxışı edən YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasının sədri Ləman YÜZBAŞOVA, Fransada ali təhsil almış həmyerlimiz Səid MUSAYEV rayon gənclərinin fəallığından məmnunluğunu ifadə edərək, dövlətçilik ənənələrimizin, milli dəyərlərimizin əzmlə yaşadılmasında gənclərin rolunu yüksək qiymətləndirdilər. Çıxış edənlər Cənab Prezidentin xüsusi diqqəti sayəsində gəncliyin daha öncül vəzifələrə çəkilməsindən, onların bu gün dövlət idarəçiliyi sahələrində fəaliyyətlərinə geniş şəraitin yaradılmasından danışaraq, bu sırada aktiv Biləsuvar gənclərinin də gündən-günə çoxluq təşkil etdiyini vurğuladılar.
Bayram mərasiminin bədii hissəsi özünəməxsus təşkil olunmuş şən musiqi nömrələri, kompozisiyalar, gülüş səhnəcikləri, biri-birini əvəzləyən milli və əcnəbi mahnıların rəqsi ilə möhtəşəm olmuşdur. Şəhər Nizami adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları S.Vurğunun “Vaqif” daramından bir parçada- Azərbaycan xalqının tarixi keçmişinin çox maraqlı bir dövrünü canlandıran, qədim Azərbaycan torpağı Qarabağın müdafiəsinə həsr olunmuş tamaşa alqışlarla qarşılanmışdır.
Tanınmış incəsənət ustalarımızdan Samir Abbasov, Mehman Elmanoğlu və Seymur Həsənovun ifa etdikləri şən, şux mahnılar, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksinin, Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdlərinin rəqs qrupunun təqdim etdiyi rəqs nömrələri iştirakçıların böyük marağına səbəb olmuşdur.
Mərasimdə rayonun müxtəlif sahələrində nailiyyətlər qazanmış bir qrup gənc rayon icra hakimiyyəti başçısı adından fəxri fərmanlarla təltif edilmişdir.

Samir QURBANOV

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Etibar Hüseynovun Oqtay Əsədovu kövrəldən çıxışı (TAM VİDEO)

Next Post

Prokuror oğlu faciəvi şəkildə vəfat etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Prokuror oğlu faciəvi şəkildə vəfat etdi

Müdafiə naziri cəbhə bölgəsində (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.