ABŞ dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfərə gəlib. Elchi.az xəbər verir ki, bu barədə “UNIAN” agentliyi öz “Telegram” kanalında məlumat yayıb.
Ukraynanın “Strana.ua” nəşri də yazır ki, hazırda Kiyevin mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb. İnternetdə yayımlanan videoda kimsəsiz şəhər və avtomobillərin olmadığı yollar görünür.
Qeyd edək ki, Blinkenin Kiyevə səfəri haqqında məlumat sentyabrın 5-də məlum olub. Bundan əlavə, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel departament rəhbərinin səfərini təsdiqləməkdən imtina edib.
Bundan az əvvəl Blinken ABŞ Konqresini Ukraynaya kömək üçün təcili vəsait ayırmağa çağırıb.
Havar Şəfiyeva






