Üç milyondan çox ukraynalı xaricdən vətənlərinə qayıtmaya bilər. Elchi.az xəbər verir ki, “Bloomberg” bu barədə Ukrayna İqtisadi Strategiya Mərkəzinin araşdırmasına istinadən xəbər verir.
“Tədqiqat göstərdi ki, təxminən 3,3 milyon ukraynalı və ya münaqişə başlayana qədər əhalinin demək olar ki, 8,8 faizi evlərinə qayıtmaya bilər”, – deyə material müəllifi yazır.
Araşdırmaya görə, münaqişənin müddətindən asılı olaraq bu rəqəm arta bilər. Müəllifin fikrincə, hərbi əməliyyatlar nə qədər uzun sürsə, bir o qədər çox Ukrayna vətəndaşı müvəqqəti sığınacaqlarını yeni ev etmək qərarına gələcək.
Bundan əvvəl Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi Şimali Atlantika Alyansının Rusiya ilə birbaşa hərbi münaqişəyə girəcəyi təqdirdə NATO-nun dağılacağını irəli sürüb. O qeyd edib ki, hərbi blokun bütün üzvləri Rusiya ilə münaqişəyə hazır deyil.
Havar Şəfiyeva






