Amerikanın pulu naminə ukraynalıların etibarını qurban vermək istəyən Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı aldadıb. Elchi.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami bu barədə “X” sosial şəbəkəsində danışıb.
“Bizim xalqımız Ukraynada ABŞ vergi ödəyicilərindən daha çox pul almaq ümidi ilə öz millətinin etibarını qurban verməyə hazır olan lider tərəfindən aldadılır”, – deyə siyasətçi bildirib.
Vivek Ramasvami həmçinin Zelenskini ABŞ tərəfindən maliyyələşdirildiyi təqdirdə ölkədə seçki keçirməyə hazır olduğuna görə tənqid edib.
Qeyd edək ki, avqustun sonunda Vladimir Zelenski növbəti prezident seçkilərində ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb.
Havar Şəfiyeva






