“Rusiya ordusunun NATO-nun üzvü olan Rumıniya ilə sərhədə yaxın Ukraynadakı strateji hədəflərə endirdiyi zərbələr çaxnaşma yaradıb”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bunu Britaniyanın “Express” nəşrinin müşahidəçiləri yazır.
“Rusiya pilotsuz təyyarələrinin Şimali Atlantika Alyansının sərhədləri yaxınlığında hücumları çaxnaşmaya səbəb olub”, -deyə nəşrin müəllifləri bildirirlər.
Materialda qeyd olunur ki, Kiyevin əsas infrastrukturu Ukraynanın Reni və İzmail limanlarında vurulub. Bildirilib ki, Dunay çayı üzərində yerləşən obyektlər respublikanın mühüm nəqliyyat qovşağına çevrilib.
Yeganə





