Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri yaxın günlərdə planlaşdırılmır.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Xatırladaq ki, bu gün Fransa prezidentinin Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
“Alpha News” yazıb ki, Fransa prezidenti Emmanuel Makron çox güman ki, yaxın həftəsonu Ermənistana səfər edəcək və Qarabağ məsələsinin həlli ilə bağlı yeni nəsə deyəcək.
“Səfər sentyabrın 9-10-na planlaşdırılıb. Makronun İrəvandan sonra Bakıya səfər edəcəyi ilə bağlı məlumatlar var”, – deyə mətbuat yazır.
Yeganə





