Əlcəzairin Baş Qərargah rəisi Səid Şankariha ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns ilə Əlcəzair və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.
Elchi.az xəbər verir ki, Əlcəzair Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Şankariha ilə Burnsun telefonla danışdığı bildirilib.
Bəyanatda qeyd olunub ki, görüş zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələr və “vacib” məsələlər müzakirə olunub.
Görüş zamanı Şankariha və Burnsun iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və koordinasiyanı gücləndirmək üçün birgə iradələrini ifadə etdikləri bildirilib.
Görüşün, həmçinin, hər iki tərəfə xüsusilə terrorizmlə mübarizə sahəsində təmin edilən təhlükəsizlik koordinasiyasının səviyyəsindən məmnunluqlarını ifadə etmək imkanı yaratdığı vurğulanıb.
Nuranə Məmmədova





