Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltması əmtəə qiymətlərinin artmasına səbəb olub.
Elchi.az bu barədə “Business Insider” ə istinadən xəbər verir.
Onların fikrincə, bu, Qərb ölkələrinin yüksək inflyasiya ilə mübarizə planlarına zərbə vura bilər. İki ölkənin belə bir addım atması, yəni hasilatı sutkada 1,3 milyon barel azaltmaq qərarı Brent markalı neft fyuçerslərinin qiymətinin 90 dolları keçərək artmasına səbəb olub. Bu, son on ayın ən yüksək göstəricisidir.
Bu, Qərbdə inflyasiyanın daha uzun müddət daha yüksək səviyyədə qalmasına səbəb ola bilər, çünki qlobal neft bazarında əhəmiyyətli qıtlıq yaranacaq ki, bu da bütün dünyada neftin qiymətinin daha da artmasına səbəb olacaq. Nəticədə, xüsusilə ABŞ-da fiskal sərtləşdirmənin inflyasiyanın qarşısını almaq ehtimalı daha yüksək olacaq.
Zaye Capital Markets-in investisiya direktoru Naim Aslamın sözlərinə görə, guya Moskva və Ər-Riyadın qərarı sübut edir ki, “onları mərkəzi bankların narahatlığı maraqlandırmır”. Səudiyyə Ərəbistanı yüksək neft qiymətlərini saxlamağa çalışır, çünki krallıq öz iqtisadiyyatını transformasiya etmək üçün layihənin həyata keçirilməsinə böyük sərmayə qoymalıdır.
Sentyabrın 5-də məlum olub ki, Ər-Riyad neft hasilatının sutkada bir milyon barel könüllü azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacaq. Bundan əlavə, Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvanın xammal ixracında könüllü azalma müddətini ilin sonuna qədər gündə 300 min barel uzadacağını bildirib.
Nuranə Məmmədova





