“Sputnik Ermənistan”əməkdaşının saxlanılması ilə bağlı təxribatın arxasında ölkələr arasında nifrət və qorxu səpməkdə maraqlı qüvvələr dayanır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanda “Sputnik Ermənistan” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyanın saxlanılması ilə bağlı yaydığı hesabatda bildirilib.
“Biz erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə Moskva ilə İrəvan arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edirik. Son zamanlar Ermənistanın informasiya məkanında Rusiya haqqında birtərəfli və neqativ məlumatlara meyl hökm sürür. Moskva Ermənistanda Rusiyanı gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahatdır”, – hesabatda qeyd olunub.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...






