“Mitsubishi” aşıb, sürücü öldü
Abşeron rayonu ərazisində “Mitsubishi” markalı avtomobil aşıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə fevralın 4-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində baş verib.
Gədəbəy rayon sakini Allahverdi Əsgərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə A.Əsgərov hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
ANS PRESS



