Rusiyanın xarici işlər naziri Sergey Lavrov 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək G20 sammitinə gəlib .
Elchi.az TASS-a istinadən xəbər verir ki, sammitə gələn nümayəndə heyətlərinin başçılarının görüntüləri tədbiri işıqlandıran jurnalistlər üçün mətbuat mərkəzində yayımlanıb.
Lavrov Rusiya prezidenti Vladimir Putinin adından G20-dəki Rusiya nümayəndə heyətinə başçılıq edir.
Rusiya xarici işlər nazirini Hindistanın baş naziri Narendra Modi qarşılayıb.
Sammit iştirakçıları Hindistan paytaxtının mərkəzindəki Praqati Maydan sərgi kompleksinin ərazisindəki Bharat Mandapam binasına toplaşırlar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə , nazirin görüşün iki plenar iclasında çıxışı planlaşdırılır.
Nuranə Məmmədova





