İsrail 7 bal gücündə zəlzələdən sarsılan Mərakeşə humanitar yardım və xilasetmə qrupları göndərir.
Elchi.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant orduya 7 bal gücündə zəlzələ nəticəsində sarsılan Mərakeşə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün hazırlıqlara başlamağı əmr edib.
Mövzu ilə bağlı İsrail Ordusunun sözçüsü yazılı açıqlama verib.
Açıqlamada Gallantın ordudan bölgəyə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün hazırlıqlara başlamasını istədiyi bildirilib.
Xarici işlər naziri Eli Koen İsrailin Rabatdakı səfirliyinə zəlzələnin baş verdiyi Mərakeşdəki İsrail vətəndaşları ilə əlaqə saxlamağı tapşırıb.
İsrail mediasının məlumatına görə, Koen Mərakeşə humanitar yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi üçün koordinasiya da istəyib.
Mərakeş Daxili İşlər Nazirliyi, Mərakeşin Əl-Huz bölgəsində baş verən zəlzələdə 632 nəfərin öldüyünü, 329 nəfərin isə yaralandığını açıqlayıb.
Mərakeş mediası yerli vaxtla saat 23.10-da baş verən zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.
Şayəstə Hüseynova




