G20 sammitinin yekun bəyanatına görə, beynəlxalq ictimaiyyət qlobal istiləşmənin qarşısını almaq üçün kifayət qədər səy göstərmir.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Sənəddə deyilir ki, görülən tədbirlər orta illik temperaturun sənayedən əvvəlki səviyyələrlə müqayisədə 2 dərəcədən aşağı saxlanmasına zəmanət vermir.
G20-nin dediyinə görə, qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün qlobal istixana qazı emissiyalarının növbəti yeddi il ərzində 2019-cu il səviyyəsindən 43 faiz azaldılması tələb olunur.
Yeganə





