"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya Ukraynanın tam işğalına hazırlaşır

04 Fevral 2015 - 15:41
in DÜNYA

101Moskva yaxın günlərdə Ukraynanı tam işğal etməyə hazırlaşır. Kremlin atəşkəs çağırışları, Donbasdakı rusiyapərəst yaraqlıların kütləvi çağırış bəyanatlarının məqsədi də diqqəti yayındırmaqdır.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bunu rusiyalı təhlilçi Aleksandr Goltz deyir. Onun fikirlərinə “The İnterpreter” onlayn dərgisində Avrasiya məsələləri üzrə ekspert Pol Qobl yer ayırıb.

A.Goltzun fikrincə, bu qənaəti başqa bir məqam da gücləndirir: “Moskva Rusiya Federasiyasının başqa yerlərindən, hətta problemli Orta Asiyadan qoşunlarını Ukrayna ilə sərhədə toplayır ki, genişmiqyaslı işğal üçün kifayət qədər gücü olsun”.

A.Goltz fevralın 3-də “Yejednevnı Jurnal”da yazıb ki, hətta Putinin mətbuat katibi Kreml rəhbərinin “Donbasdakı vəziyyətdən son dərəcə narahat olduğunu” dilə gətirib. Elə həmin xəbərdə TASS Kreml rəsmisinə istinadla yazıb ki, Moskva yaraqlıların niyə kütləvi səfərbərliyə çağırdığını anlayır.

“Müstəqilliyini elan etmiş qondarma respublika rəhbərləri Moskvanın nə dediyini anlayırlar. Onlar da danışıq istəyirlər, ancaq bir şərtlə ki, tutduqları ərazilər özlərində qalsın. Bu məsələ müzakirə olunmadığı üçün Moskvanın dəstəyi ilə savaşmağa davam edəcəklər” – Goltz yazır.

A.Goltzun fikrincə, yaraqlıların 100 min döyüşçü toplaması real görünmür. Onların nəzarətində olanların sayı buna imkan vermir: olsaydı, Stalinin II dünya müharibəsində etdiyindən daha çox adamı səfərbər edərdilər.

Ona görə də bu səfərbərlik oyunları Rusiya qüvvələrinin genişmiqyaslı hazırlığını pərdələmək üçündür. Yaraqlılar və Moskva ötən yayda da belə etmişdilər.

Bu arada Tacikistandakı 201 saylı Rusiya hərbi hissəsindən təxminən 3 min rus əsgərinin Ukrayna sərhədinə göndəriləcəyi barədə məlumatlar yayılıb. Bu da hərbi təhlilçinin qənaətini təsdiqləyir.

Tacikistandakı bazaya tacik əsgərlər yerləşdiriləcək. Bu isə təhlükəsizlik sarıdan narahatlıq yaradır. Qərb qüvvələrinin Əfqanıstandan çıxdığını da nəzərə alanda Orta Asiyaya radikal islam təhlükəsi artır. Rusiya əsgərlərinin regiondan çıxarılması isə Moskvanın Ukraynada növbəti addımlarının vacibliyini göstərir.

Ancaq Goltz yazır ki, “indi diqqətini Ukrayna müharibəsinə yönəldən Rusiya Orta Asiyanı itirmək riski ilə üzləşir”.

Təhlilçinin fikrincə, Moskva tezliklə strateji kabusla qarşılaşa bilər. Əsgərlərini Orta Asiyadan çıxarıb Ukraynaya göndərməklə Orta Asiyadan on minlərlə qaçqın axını başlaya bilər (“Azadlıq” radiosu).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ana ölümü haqda rəsmi açıqlama

Next Post

XİN-dən Ukrayna səfirinin xəyanət ittihamına cavab gəldi – (Yenilənib)

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

XİN-dən Ukrayna səfirinin xəyanət ittihamına cavab gəldi - (Yenilənib)

Azərbaycanlı müğənni evini "priton" edib?

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.