"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının mərkəzində növbəti “ağac qətliamı”… – FOTOLAR

04 Fevral 2015 - 18:41
in XƏBƏR LENTİ
Bakının mərkəzində növbəti “ağac qətliamı”... - FOTOLARSalatın Əsgərova küçəsində yaşıllıq kütləvi şəkildə məhv edilir; Həmin ərazinin dövlət məmuru tərəfindən özəlləşdirildiyi iddia edilir

Bakının Nəsimi rayonu ərazisindəki Salatın Əsgərova küçəsində ağaclar kütləvi şəkildə kəsilir. “Ağac qətliamı” prosesi fevralın 3-dən etibarən başlayıb.
Hadisə yerində olduğumuz zaman artıq yaşıllıqların məhv edilməsi prosesi başa çatmaq üzrə idi. Ağacları kütləvi şəkildə məhv edən şəxslərin də mövqeyini öyrənməyə çalışdıq.
Amma bu, mümkün olmadı. Onlar çəkilişimizə əngəl olmağa, kadrlara düşməməyə çalışırdılar. Adının açıqlanmasını istəməyən və “Ağac qətliamı”na rəhbərlik edən şəxs onlara verilən tapşırığı icra etdiklərini bildirdi: “Təbii ki, heç kəs özbaşına şəhərin mərkəzində belə işlər həyata keçirə bilməz. Biz sadəcə, tapşırığı icra edirik. Özünüz araşdırsanız, bu, məlum olacaq. Hansısa bir qurumun, şəxsin adını hallandırmaq istəmirəm. Ağacların kəsilməsinin səbəbi ilə bağlı da bizə heç nə deyilməyib”.
Sakinlərin iddialarına görə, ağacların kəsilməsi qarşıdan gələn Birinci Avropa Yay Olimpiya Oyunları və ərazidəki yaşayış evlərinin sökülməsi ilə əlaqədardır. Sakinlər iki il öncədən ərazidəki həyət evlərinin söküləcəyi ilə bağlı onlara xəbərdarlıq edildiyini bildirdilər.
Həmin ərazidə yaşayanlardan Natiq adlı ağsaqqal kəsilən ağacların hansı səbəbdən məhv edildiyinin onlara məlum olmadığını söylədi: “50 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Gözlərimi açandan bu ağacları görmüşəm. Gözlərimin qarşısında böyüyüblər. Təəssüf ki, indi ağacların məhv edildiyinin şahidi oldum. Bu, vandalizmdir. Ağaclar ətrafa gözəllik verirdi. Ağacların kəsilməsinin səbəbini soruşduq. Konkret cavab verən olmadı. Bu qədər özbaşınalıq olmaz. Eşitmişik ki, guya bu, yayda keçiriləcək yarışlarla bağlıdır. Açıqca görünür ki, bu ərazinin heç nəyə maneçiliyi yoxdur. Bunlar bizi ərazidən köçürməyə hazırlıq işləri görürlər. Bununla bağlı sakinlər olaraq, aidiyyatı orqanlara müraciət edəcəyik”.
Adının çəkilməsini istəməyən sakinlərdən biri daha şok iddialar səsləndirdi: “Hələ bir müddət bundan öncədən eşitmişəm ki, bu ərazi dövlət məmurlarından biri tərəfindən özəlləşdirilib. Ona görə də, hissə-hissə ərazidə “təmizləmə işi” aparırlar. Elə edəcəklər ki, sonda yalnız sakinlər burada qalacaq. Onları çıxarmaq isə asan olacaq. Araşdırılma aparılsa, hər şey çılpaqlığı ilə üzə çıxacaq. Əslinə qalsa, sakinlərin çox hissəsi bundan xəbərdardır. Sadəcə, qorxularından demirlər”.
Digər sakinlərin fikirlərini də öyrənməyə çalışdıq. Lakin israrla müsahibədən yayındılar.
Onu da qeyd edək ki, kəsilən ağaclar qısa müddət ərzində ərazidən götürülürdü. Yeri isə tamam təmizlənirdi. Bütün bunlar sakinlərin iddialarının həqiqətə yaxın olduğunu göstərirdi.
Axşam saatları olduğunu görə aidiyyatı orqanların bu məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik.
Mövzuya yenidən qayıdacağıq.
Cavanşir ABBASLI,
Fotolar müəliffindir.





Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə 618 nəfər təxliyə edilib

Next Post

Rusiya BMT layihəsi çərçivəsində Ermənistana 5 milyon dollar ayırıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya BMT layihəsi çərçivəsində Ermənistana 5 milyon dollar ayırıb

Rafael Becanov: “ASAN xidmət” korrupsiya ilə mübarizədə orijinal metoddur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.