Avstriyanın müdafiə naziri Klaudia Tanner “Avropa Göy Qalxanı Təşəbbüsü” çərçivəsində Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaqlarını bildirib.
Elchi.az xəbər verir ki, Tanner mətbuata açıqlamasında Avropa Göy Qalxanı Təşəbbüsü çərçivəsində qonşu Almaniya ilə təlim və təchizat mövzusunda əməkdaşlıq edəcəklərini bildirib.
Avstriyanın qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi IRIS-T almağı planlaşdırdığını qeyd edən Tanner, yaxın aylarda Berlinlə bununla bağlı müqavilənin imzalanacağını bildirib.
Klaudia Tanner qeyd edib ki, bu müdafiə sistemləri imzalar imzalandıqdan bir il sonra ehtiyac duyulan yerlərdə quraşdırıla bilər.
Avstriya Hərbi Hava Qüvvələri komandanı Gerfried Promberger də ölkəsinin 15 kilometrlik 4 qısa mənzilli hava hücumundan müdafiə sistemi və 50 kilometrlik 4 orta mənzilli hava hücumundan müdafiə sistemi almaq istədiyini də vurğulayıb.
İfrat sağçı Avstriya Azadlıq Partiyası FPÖ, hava hücumundan müdafiə sistemi ilə bağlı verdiyi açıqlamada, Avropanın Göy Qalxanı Təşəbbüsünü neytral Avstriyanın NATO yolunda atdığı addım kimi gördüklərini ifadə edərək, bu mövzuda referendum keçirilməsini istəyib.
Şayəstə Hüseynova





