Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen AK vəzifəsində ikinci müddətə mümkün namizədliyi şərh etməyib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
AK rəhbəri bir saatdan bir qədər çox davam edən çıxışını qarşıdakı aylar üçün nəzərdə tutulan layihələrə yönəldib. Bunlara, xüsusən, qeyri-qanuni miqrasiya ilə mübarizə və Avropa İttifaqının (Aİ) Çin kimi ölkələrdən asılılığını azaltmaq səyləri daxildir. Leyen qarşıdan gələn seçkilərlə bağlı yalnız ümumi şərhlər verib:
“300 gündən az müddətdə avropalılar bizim unikal və diqqətəlayiq demokratiyamızla seçkilərə gedəcəklər”.
Yeganə





