Rumıniyanın baş naziri Marsel Çiolaku Ukrayna sərhədi yaxınlığında yerə düşən dronların qalıqlarından narahat olmamağa çağırıb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniyanın “Digi 24” nəşri məlumat yayıb.
Rumıniya ərazisinə pilotsuz uçuş aparatının (PUA) parçaları düşdükdən sonra hökumət başçısı ölkə sakinlərini sakitləşdirməli olub.
Colaku qeyd edib ki, pilotsuz uçan aparatın düşmüş fraqmentlərində heç bir partlayıcı maddə yoxdur və narahat olacaq bir şey yoxdur. O əlavə edib ki, vəziyyət hökumətin nəzarətindədir.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Rumıniya Müdafiə Nazirliyi pilotsuz uçan aparatların qalıqlarının düşmə ehtimalı ilə əlaqədar sakinlərə təhlükə barədə xəbərdarlıq edib. Xatırladaq ki, söhbət Ukrayna ilə həmsərhəd Tulça və Qalati rayonlarından gedir.
Havar Şəfiyeva






