2015-ci ilin yaz-yay dəbi kolleksiyaları artıq mağazalarda yerini almağa başalayıb. Mövsümün trendləri fəslə uyğun olaraq rəngarəng və fərqli kəsimlər olacaq.
Yeni fəsildə hippi şıklığına hazır olun. Küçələrdə 1970-ci illərin havası əsəcək.
ANS PRESS 2015-ci ilin geyim, aksesuar dəbini təqdim edir.
Zoğalı
Bu rəng ilin rəngi seçilib. Zoğalı rəng həm gündəlik, həm də ziyafət geyimlərində çox istifadə ediləcək.
Aqua mavi
Təmizlik,saflığı tərənnüm edən bu rəngi xüsusilə küçə dəbində çox görəcəyik.
Qreypfurt
Bu rəng xüsusilə Milan moda həftəsinin trendi olub. Həm alt, həm də üst geyimlərdən mini ətəklərdən tutmuş, gödəkcələrə kimi istifadə ediləcək.
Xardalı
Özəl gecələr üçün ənənəvi rənglər düşünürsünüzsə unudun. Gecənin ən cazibədar və dəblisi olmaq üçün xardal rəngi geyimlər seçin.
Pastel sarı
Uzun zamandır dəb kolleksiyalarında yer almayan sarı geri qayıdır. Bu mövsümdə bu rəng dəbi diktə edən ən iddialı rənglərdən biri olacaq. Xüsusilə ofis modasında.
Açıq bənövşəyi
Bu rəngin qızıl dövrü 2009-2010-cu illərdə olub. 5 il sonra bənövşəyi yayın ən çox istifadə edilən rənglərindən biri olacaq.
Pas rəngi
Bu rəng qırmızı, narıncı. qəhvəyinin mükəmməl birləəşimindən ibarətdir. Ona görə adıçəkilən rənglərlə yaradılan kombinlər sizin bütün cazibənizi ortaya çıxaracaq. Pas rəngindən çimərlik dəbində də istifadə etmək olar.
Elektrik mavisi
Qadın modasının ən etibarlı rəngi olan elektrik mavisi yaz-yayda da hegomonluğunu qoruya biləcək.
Şüşə yaşılı
Bu haki ilə parlaq yaşılın qarışığına bənzəyir. Bu rəng yəqin ki, çox adamın qarderobunda yoxdur. Amma qarderobunuzu bu rənglə zənginləşdirməyə başlasanız yaxşı olar.
Güpür
Güpür yaza romantika qatacaq. Xüsusilə gəlinliklərin vazkeçilməz detalı olan güpürdən gündəlik geyimlərdə də istifadə etmək olacaq.











Fəslə uyğun olaraq bu ilin geyimlərinin üzərində gül-çiçək naxışlarına, həndəsi cizgilərə daha çox rast gəlmək mümkün olacaq. Tək parça uzun donlarda gül-çiçək rəsmləri qadın məsumluğunun və təbiiliyin ən gözəl simvoludur.
Yay geyimlərində isə tropik cizgilərin olması istisna deyil. Məsələn, quşlar, bitkilər, palma ağacları, muncuqlar və sairə.
Qadınların kişi qarderobuna müdaxiləsi davam edir. Mafiya başçılarına bənzəyən geyimli qadınlar yayın, qazın sonuna damğa vuracaq.



Rəngarənlik kişi modasında da özünü görstərəcək. Yaz-yayda kişilərin əynində qırmızı, narıncı, ağ, haki rəngli geyimlərlə fəslin təravətini açıq-aydın hiss etmək olacaq.





Yeni mövsümün saç dəbində olacaq axın da hələ ötən ilin sonlarından müəyyən edilib. Əslsində saç dəbi ilə bağlı fərqliliklər gözləməyə dəyməz. Yaz-yayın saç dəbləri arasında dalğalı, at quyruğu, hörüklər, dağınıq topuzlar, islaq görüntülü saçlar tez-tez qarşımıza çıxacaq. Bu saç modellərindən yararlanmaq üçün isə uzun saçlar lazımdır.
Sadə düzümləri fərqli abadoqlar, çiçəkli saç sancaqları, daşlı daraqlarla stinizi yarada bilərsiniz.






Ötən ildən üzə çıxmağa başlayanlar saçaqlar bu mövsümdə daha da qabarıq şəkildə özünü göstərəcək. Saçaqlarda mini ətəklər, çanta kimi aksesuarlarda istifadəe dərək fərqli və gözəl görkəm yaratmaq mümkündür.

ANS PRESS



