Qara dənizdə mülki gəmilərə və ərzaq ixracı ilə bağlı mülki infrastruktura hücumlar dayandırılmalıdır.
Elchi.az TASS agentliyinə istinadən xəbər verir ki , bu barədə BMT – nin baş katibi Antonio Quterreş bildirib.
Ümumdünya Təşkilatının rəhbəri bildirib ki, “Qara dənizdə ərzaq tədarükü, ərzaq ixracı infrastrukturu, eləcə də hər hansı mülki gəmini hədəf alan istənilən hücumları dayandırmaq son dərəcə vacibdir”.
Quterreşin sözlərinə görə, bu cür hücumlar barədə xəbərlər taxıl müqaviləsinin bərpası perspektivinə mənfi təsir göstərir.
“Rusiyanın nöqteyi-nəzərindən bu, həm də ona görə vacibdir ki, bu, dünyanın digər yerlərində Rusiyadan ərzaq ixracını təşviq etmək istəyini azaldır”.
Nuranə Məmmədova




