Uqanda polisi müxalifət lideri Robert Kyagulaninin ötən həftə ölkə daxilində başladığı mitinq və toplantıları “can və mal itkisinə səbəb olduğu” səbəbilə qadağan edib.
Elchi.az xəbər verir ki, Uqandada müxalifət liderinin ölkə boyu planlaşdırdığı mitinqlərə qadağa qoyulub.
“The Daily Monitor”un xəbərinə görə, polis sözçüsü Fred Enanqa “Bobi Wine” kimi tanınan məşhur müğənni Kyaqulanıyinin mitinqlərinin zorakılığa çevrildiyi və cəmiyyətdə parçalanmaya səbəb olduğu səbəbilə qadağan edildiyini açıqlayıb.
Mətbuat katibi Enanqa bildirib ki, mitinqlər ictimai asayişi pozub, həm mal, həm də can itkisinə səbəb olub.
Hər gün fərqli bir şəhərdə minlərlə insanla görüşən müxalifət lideri bütün ölkəni gəzməyi hədəfləyir.
2021-ci il seçkilərində Uqanda prezidenti Yoveri Kaquta Museveni 58,64 faiz, Kyaqulani isə 34,83 faiz səs toplayıb.
Milli Birlik Platformasının (NUP) prezidenti olan Kyagulanyi seçkilərdə məğlub olsa da, ictimaiyyətin böyük diqqətini çəkir.
Nuranə Məmmədova





