Keçirilən əməliyyat zamanı silah və sursat aşkarlanıb
Ağdam rayonunda polis əməliyyat keçirib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Ağram rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Dadaşlı kənd sakini Pərviz Əhmədovdan 44,2 qram marixuana götürülüb.
Araşdırmalar zamanı narkotik vasitəni ona həmyerlisi Kamil Əliyevin satdığı müəyyən olunub.
Polis K.Əliyevin də evində axtarış aparıb.
Evə baxış zamanı tüfəng və 28 ədəd patron da aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
ANS PRESS



