İsveçdə Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün “JAS Gripen” qırıcılarının uçması üzrə təqdimat təlimi keçirilib. Elchi.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Consona istinadən məlumat yayıb.
“İnduksiya hazırlığı başa çatıb və Müdafiə Qoşunlarından aldığım məlumata görə, uğurla keçib”, – deyə müdafiə naziri bildirib.
Qeyd olunur ki, təlimdə təlimatçı ilə uçuşlar, simulyatorda müstəqil uçuş, eləcə də yerüstü heyət üçün brifinq keçirilib.
Havar Şəfiyeva






