Norveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Eirik Kristoffersen NATO-nun çox az silah-sursat və raketin qaldığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə Norveçin “VG” qəzeti məlumat yayıb.
Bildirilir ki, bu bəyanat müttəfiq ölkələrin baş komandanlarının Osloda yüksək məxfilik şəraitində keçiriləcək görüşü ərəfəsində verilib. İclasda 31 ölkənin, eləcə də NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən İsveçin nümayəndələri iştirak edəcək.
Havar Şəfiyeva




