Rusiya XİN rəhbərinin sözlərinə görə, hər şey “xalçanın altına süpürülüb”.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı yaxşı araşdırma təşkil etmək üçün “barmaq belə qaldırmadığını” qeyd edərək, hər şeyin “xalçanın altına süpürüldüyünü” vurğulayıb.
“Bir il əvvəl “Şimal axını” qaz kəmərləri partladıldı, heç kim bunu şəffaf şəkildə araşdırmaq üçün barmağını belə qaldırmadı. Bütün bunlar xalçanın altına süpürülür”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna böhranının həllinə həsr olunmuş dəyirmi masada deyib.
Şayəstə Hüseynova





