Şamanın təşkil etdiyi mərasimlər qadağan edildi 
“The Daily Mai“ kanadalı qadının Peruda başına gələn hadisədən yazır. 32 yaşlı Cenefer Loqon şamanın hazırladığı çayı içdikdən sonra qusmağa başlayıb və huşunu itirib. Onun həyatını xilas etmək üçün yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Ancaq həkimlər gənc xanımın keçindiyini bildiriblər. Qəzet yazır ki, kanadalı qadın sosial baxımdan son dərəcə fəal olub. O, Səudiyyə Ərəbistanında savadsız qadınlara yazı-pozu öyrədib. Ondan əvvəl isə Nepalda gənc qızların seks biznesinə cəlb olunmasını araşdırıb.
Qəzet bildirir ki, Peruda şamanın hazırladığı çay tərkibinə görə tam fərqli imiş. Belə ki, həmin çayı içən adamlar həmən qusmağa başlayırlar. Məhz bu yolla insan bədəninin zərəli elementlərdən təmizlənməsi baş verir. Maraqlıdır ki, Cenefer Loqonla birlikdə eyni çaydan içən digər 3 qadın isə 15 dəqiqə ərzində qusduqdan sonra özlərinə gəliblər. O, isə panikaya düşdüyündən, huşunu itirib.
Məqalədə qeyd olunur ki, Cenefer Loqonun içdiyi çayın qalığı istintaq tərəfindən araşdırılıb. Ancaq şübhəli heç nə aşkar olunmayıb. Buna baxmayaraq, şamanın təşkil etdiyi çay mərasimləri dayandırılıb.
İstintaq davam etdirilir.