"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD-çilər üçün uşaq doğan qadınlar… – FOTO

06 Fevral 2015 - 12:27
in XƏBƏR LENTİ

Doğrudan da, görəsən qadın cihadçılar İŞİD ekstremistləri arasında necə yaşayırlar?
Moderator.az -ın BBC Azərbaycana istinadən verdiyi məlumata görə, İraq və Suriyada İŞİD-i dəstəkləyən və özlərini “Xansa Briqadası” adlandıran qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Əsas məqsədi Səudiyyə Ərəbistanından və Körfəz ölkələrindən qadınları səfərbər etmək olan bu bəyanda suallara cavablar verilir.
İndi bu traktat ingiliscəyə tərcümə edilərək Londonda məskunlaşmış anti-ekstremist araşdırma mərkəzi “Quilliam” tərəfindən çap edilib.
Sənəddə deyilir: “9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir”
“Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir”
“Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı, Xilafəti bağlı qapılar arxasından dəstəkləməlidir”
“Qadınlar geridə qalmış olmamalı, təhsil görməli, ələlxüsus da 15 yaşından başlayaraq İslam dininə aid hər şeyi bilməlidirlər”.
Sənəddə qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa modeli iflasa uğrayıb və qadınlar kişilərlə bərabərlikdən tikandan başqa bir şey qazanmayıblar.
Dəbli geyimlər satan dükanları İblis əməli sayılır.
Britaniyalı Aqsa Mahmud Suriyada İŞİD döyüşçüsünə ərə getmiş Qərb qadınlarından biridir
Miqrantlar üçün “Cənnət”
Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb. Sənəd, Qərb ölkələrindən İŞİD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada paylaşdıqları statuslardakı zorakı mesajlardan xeyli fərqlənir. Reallıq isə sənəddə göstərilənlər deyil, qadınların yaşadıqlarıdır. Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil olmaqla, İŞİD-ə qoşulmaq üçün minlərlə qadın gözəl həyat arzusu ilə Türkiyədən Suriyaya keçib. Onların hazırda sağ olduqlarını isə heç kim bilmir…

Sənəd israr edir ki, qadınların rolu oturaqdır və onlar kişi cihadçılar üçün uşaq doğmalı, evdən dəstəkləməlidirlər. Bütün bunlardan sonra traktatın böyük bir hissəsi İŞİD-in üsul-idarəsində yaşayan qadınların normal həyat yaşadıqlarının vurğulanmasına həsr edilib. “Dövlət heç nəyi qadağan etmir”deyilir, lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri ayrıdır.

Rakka İŞİD-in elan etdiyi Xilafətin paytaxtı sayılır. İŞİD-inn de fakto paytaxtı sayılan bu şəhər “mühacirlərin cənnəti” adlandırılır.

“Pozğun qadınlar”
Traktatda iddia olunur ki, əksinə Körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar “vəhşilik və düşmənçiliklə” üzləşirlər. Sənəd izah edir ki, bu “vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki “kafirlik universitetlərində”oxumaqda büruzə verir.

Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası “fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə “pozğun qadın” damğası vurulur. Xaricdən gətirilən müəllimlər öz “zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.

Maraqlıdır ki, bu traktatda yezidilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə “Eurovizion”a geri dönür

Next Post

İordaniyalı pilotlardan Bağdadiyə “məktub”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İordaniyalı pilotlardan Bağdadiyə "məktub"

Xalq şairini maşın vurub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.