"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əsabil Qasımov oğlunu deputat seçdirmək istəyir – Biznesmen-deputat seçki marafonundan geri çəkilir

06 Fevral 2015 - 17:43
in CƏMİYYƏT

79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı Əsabil Qasımov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. O, qarşıdakı seçkilərdə özünün deyil, oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmaq istəyir.

Bununla bağlı informasiya Editor.az-a deputata yaxın mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, biznesmen-deputat oğlunun hansı dairədən namizəd olacağını yəqinləşdirməsə də, güman ki, bu Sumqayıtdakı dairələrdən biri olacaq:

“Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət götərsə də, indiyə qədər nə Milli Məclisin plenar, nə də komitə iclaslarında bircə dəfə olsun çıxış etməyib. Qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı təşəbbüs və aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb. Digər yandan rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilmir. Bu səbəbdən o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürmək niyyətində deyil. Amma oğlunun, “Karat Holdinq”in baş direktoru Taleh Qasımovun deputat seçilməsinə çalışır. Bununla bağlı danışıqlara da başlayıb”.

06027Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə – Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.

Oğlu Taleh Qasımova gəldikdə isə o, atası deputat seçildikdən sonra “Karat Holdinq”ə rəhbərlik edir və ali təhsilini Avropa dövlətlərindən birində alıb.

Editor.az-ın əməkdaşı məsələyə Milli Məclisin deputatı Əsabil Qasımovun mövqeyini öyrənmək istəsə də, hər dəfə olduğu kimi, bu dəfə də deputat telefona cavab verməyib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: “Cavabımız amansız olacaq”

Next Post

Evi oğurlanan Hacı həzrətləri haqqında senzurasız arayış

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Evi oğurlanan Hacı həzrətləri haqqında senzurasız arayış

13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir - Ziya Məmmədovun qürubu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.