"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mahmud Quliyev cəbrayıllı köçkünlərin qeydinə qalmır

06 Fevral 2015 - 18:06
in SEÇMƏ, SOSİAL

060216Doğma torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bildiyiniz kimi, son illərə qədər doğma yurd-yuvalarını itirmiş insanlar acınacaqlı şəraitdə yaşayırdılar. Ancaq ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğının nəticəsində bu gün qaçqın və məcburi köçkünlərin sosial problemləri öz həllini tapmaqdadır. Məsələn, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, onlara verilən maddi yardımlar mütəmadi olaraq artırılır və sair. Yəni dövlət səviyyəsində doğma torpaqlarından didərgin düşmüş insanlara hər cür diqqət və qayğı göstərilir. Bəs görəsən, məcburi köçkün rayonlarının icra başçılarının fəaliyyəti necə köçkünləri qane edirmi? Apardığımız araşdırmalar göstərir ki, bəzi məcburi köçkün rayonlarının rəhbərləri cənab prezidentin onlara tapşırdığı işləri istənilən səviyyədə həyata keçirə bilmirlər. Məsələn, götürək elə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevi. 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olan Mahmud Quliyev əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb. Prezidentin 2000-ci ilin dekabr ayında imzaladığı sərəncamla Cəbrayıl Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Onun tərcümeyi-halına diqqətlə nəzər yetirəndə görürük ki, Mahmud Quliyev YAP-a məhz vəzifəyə qoyulduğu ildə üzv qəbul edilib. Başqa sözlə desək, o 2000-ci ilə kimi YAP-ın üzvü olmayıb. Maraqlıdır, görəsən niyə? Xatırladaq ki, adını çəkdiyimiz məmurun fəaliyyətindəki boşluqlar, şərait yaratdığı qanunsuzluqlar və biznes layihələri barədə mətbuatda silsilə yazılar dərc olunub. Lakin icra başçısı özü haqqında yazılan tənqidlərdən heç bir nəticə çıxarmır. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, Mahmud Quliyev cəbrayıllı köçkünlərin böyük hissəsinin qeydinə qalmır, ancaq öz qohumları üçün gün ağlayır: “İcra başçısı cəbrayıllı məcburi köçkünlərin üzərindən özünə əməlli-başlı sərvət yığıb, biznes qurub. Onun Binəqədi rayonu ərazisində yerləşən obyektlərinin dəyəri milyonlara bərabərdir. Təkcə “Elmed” tibb mərkəzindən ay ərzində külli miqdarda gəlir əldə edilir. Mahmud müəllimin biznesi bununla bitmir. Deyilənə görə, başçının şadlıq sarayı, şəhərin bəzi hissələrində və məcburi köçkünlər üçün tikilən şəhərciklərdə ticarət obyektləri fəaliyyət göstərir. Müxtəlif bölgələrdə məskunlaşmış cəbrayıllı köçkünlər isə pis vəziyyətdə yaşayır. Belə ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər qış bu ailələrə 40 litr pulsuz yanacaq ayırır. Təəssüf ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir. Mahmud Quliyevin tapşırığı ilə həyata keçirilən bu işlərin nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olublar, həm də hər ay dövlətin 100 ton yanacağının aqibətinin necə olması müəyyənləşməmiş qalıb. Ümumiyyətlə, adıçəkilən icra başçısı vəzifədə olduğu 15 il ərzində bir sıra xoşagəlməz əməllərə imza atıb və bunun qarşılığında böyük sərvətə sahib olub. İcra başçısı özünə və yaxın qohumlarına lazımi şərait qurmağı bacarıb. Məsələn, o bir müddət əvvəl qohumu, ikinci dərəcəli əlil Arif Mehdiyevi işə götürüb. Amma digər əlillər – Əlövsət Ağayev və Qüdrət Məmmədov isə tutduqları vəzifələrdən azad edilib. Bundan başqa icra başçısının bəzi yaxın qohumları müxtəlif vəzifələrlə təmsil olunurlar. Məsələn, Quliyev Musa Əli oğlu 120 saylı Dairə Seçki Komissiyasının sədri, Quliyev Hüsən Saybalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl şöbəsinin sədr müavini, Quliyev İnqilab Məhəmmədəli oğlu Cəbrayıl Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri və Quliyev Rafiq Qaybalı oğlu isə icra nümayəndəsi vəzifəsində çalışırlar. Başçı ancaq öz adamlarını qabağa çəkir”. Mənbənin dediyinə görə, nəzarətsizlik o həddə çatıb ki, nədənsə hər dəfə Cəbrayıl rayonuna ayrılmış tenderdə başçının əmisi oğlu Musa Quliyev qalib gəlir: “Tenderdən gələn gəlirlər isə kimlərsə arasında bölüşdürülür. Muğan qış yatağındakı 5 kilometr yola guya 80 min manat vəsait xərcləndiyi deyilir. Əslində yola bir neçə maşın zibil tökülüb.
Bundan əlavə, kimlərsə “Dövlətqacqınkom” tərəfindən rayona ayrılmış iki ədəd kombaynı öz şəxsi məqsədləri üçün istifadə edirlər. Məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Mahmud Quliyevin vəzifə karyerasını sual altına alır. Belə getsə, o yaxın vaxtlarda vəzifəsini itirəcək”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qusar gömrüyü – işgəncə aparatı…

Next Post

Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilmədi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilmədi

İslam Dövləti yaraqlıları: Qərbin qadın modeli şeytan əməlidir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.