"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Döyüşməyə hazıram”

06 Fevral 2015 - 22:49
in CƏMİYYƏT MANŞET


Biləsuvar şəhərində, 1 saylı əsas məktəbdə, bu təhsil müəsisəsinin adını daşıyan şəhid Səxavət 10965653_820782621321379_654844678_nAbdullayevin şəhidlik zirvəsinə ucalmasının 22-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir. Rayon ziyalılarının və ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəbin direktoru Ağaverdi Məmiyev şəhidin adının əbədiləşdirilməsi üçün görülən işlərdən danışaraq, onun şərəfli ömür yoluna nəzər salmışdır. Qeyd edilmişdir ki, qürur mənbəyimiz olan şəhidlərimizin ömür yolu gənclərə hər zaman aşılanır və bu istiqamətdə keçirilən tədbirlər məktəbimizdə də davamlı aparılır.
Məktəbin yerləşdiyi Melioratorlar qəsəbəsinin ağsaqqalı Kərbəlayı Mirhəvəs Xurşudov dinimizdə şəhidliyin əzəmətindən danışmış, qanlı-qadalı illərdə xalqımızın ölümün gözünə dik baxan, qəhrəman oğullarının olması bizə öyünmək haqqını verir- demişdir. O, belə günlərdə, Səxavətlə bağlı olan xatirələrə qayıdaraq deyir: “Fizulidəki ön cəbhədə Səxavətin xidmət etdiyi taborun düşmənə vurduğu ağır zərbə ilə əlaqədər Səxavət 10 günlük məzuniyyətə buraxılmışdır. Bu qələbədən sevincinin həddi-hüdudu yox idi. Məzuniyyət vaxtına çox qalsa da, evdə rahatlıq tapmırdı, cəbhədən ötrü narahatlıq keçirirdi. Qəlbi daima vətən eşqi ilə döyünən 19 yaşlı Səxavət döyüşə qayıtdıqdan on gün sonra qəhrəmancasına şəhid olması xəbərini eşitdik”…
Qarabağ əlilləri və Şəhid ailələri İçtimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev mərasimdəki çıxışında söylədi ki, topaqlarımızım müdafiəsi uğurunda döyüşən 376 biləsuvarlının adı hər zaman fərəhlə çəkilmişdir. Onlardan 121 nəfəri şəhid olmuş, 111 nəfəri döyüşlərdə əlil olmuşdur.
Məhz Səxavət çətin günlərdə, cağırış vərəqəsini gözləmədən könüllü cəbhəyə yollanmış, Biləsuvar batalyonunun tərkibində ağır döyüşlərin birində-1993-cü ilin fevralın 5-də Fizulinin Horadiz qəsəbəsi uğrunda gedən ölüm-dirim döyüşlərində qəhrəmançasına şəhid oldu. Yurdumuzun mərd oğullarının əsasını qoyduğu qəhrəmanlıq, igidlik nümunələrinin davamı olaraq Mübariz İbrahimov göstərdiyi sücaətlə isə, yeni qəhrəmanlıq səlnaməsini yaratdı.
Anım mərasimində rayon Təhsil Şöbəsinin müdir müavini Əlisəfa Qənbərov qeyd emişdir ki, həyatın ən böyük zivəsi sayılan şəhidlik hər zaman uca tutulmuşdur. Müharibə illərində bu proseslərin canlı şahidi olmuşam. Belə çətin dönəmlərdə igid oğullarımızın mərdlik və igidliklərini xatırladıqda, fəxr eməyə dəyər ki, Azərbaycanımızın belə oğulları var. Artıq, geridə qalan illərdə isə, bir çox çətinliklərimizin aradan qalxması, respublikamızın çiçəklənməsi və ən əsası isə qüdrətli nizami ordumuzun formalaşması bizi əmin edir ki, torpaqlarımız yağı düşməndə qalmayacaq!
Şəhid Səxavət Abdullayevin doğulub, boya-başa çatdığı Melioratorlar qəsəbəsinin sakini Kərbəlayi Mirrahil Ağayev bildirdi ki, ölkəmizdə gənclərlə vətənpərvərlik hislərinin aşılanması üçün belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. O, əl çatmaz-ünyetməz şəhidlik zirvəsi haqda daha böyük təbliğati işlərin aparılmasının zəruriliyini qeyd etdi.
Tədbirdə iştirak edən, rayon İcra Hakimiyyəti Başcısının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi, YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova geniş və əhatəli çıxışında qeyd etdi ki, 23 illik müstəqillik tariximizdə çox uğurlara nail olmuşuq. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqdisadi və siyasi xətt hər gün ölkəmizi daha işıqlı gələcəyə doğru aparmaqdadır. Belə bir zamanda hər birimizdə vətəndaşlıq hissləri daimi olmalıdır. Minlərlə şəhid qanı hesabına qorunan müstəqilliyimizin daimi və əbədi olması üçün dövlətimiz öz sütunlarını möhkəm özüllər üstündə qurmağa nail olmuşdur.
Tədbirin sonunda şəhidin qardaşı Sücayət Abdullayev mərasimin təşkilinə görə iştirakçılara öz təşəkkürünü çatdırmışdır. Şəhid qardaşı olması ilə fəxr etdiyini diqqətə çatdıran S.Abdullayev, hər zaman şəhid olmağa da hazıram- demişdir.

Surxay Şahbazov

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kərəm Həsənovun bazar əhvalatı

Next Post

Bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər intensivləşdirilib

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər intensivləşdirilib

Volqoqrad azərbaycanlıları Abbas Abbasova "soxulcan" dedilər...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.