Rusiyalı diplomata Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıq məsələsində respublikanın mövqeyi çatdırılıb.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Nazirliyi çərşənbə axşamı, sentyabrın 19-da Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına səfərindən sonra Rusiyanın Seuldakı səfiri Andrey Kuliki çağırıb.
“Sentyabrın 19-da xarici işlər nazirinin birinci müavini Çan Ho-jin Rusiyanın Seuldakı səfiri Andrey Kuliki nazirliyin binasına çağırıb”, – respublikanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik aydınlaşdırıb ki, Kim Çen Inın Rusiyaya səfəri zamanı səfirə Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın müzakirəsi ilə bağlı Cənubi Koreyanın mövqeyi çatdırılıb.
Kim Çen In Rusiyaya 12 sentyabr 2023-cü ildə gəlib. Ertəsi gün o, “Vostoçnı” kosmodromunda Rusiya prezidenti Vladimir Putinlə 4 saatlıq danışıqlar aparıb.
Şayəstə Hüseynova




