"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lamiyə, Maral, Elza və Müsavatda baş verənlər…

07 Fevral 2015 - 13:30
in KÖŞƏ YAZILARI

Rəfail Becanov 87604

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Son həftəni Allah heç düşmənə də göstərməsin. Çox rəngli həftəydi. Lamiyə, Maral, Elzadan ibarət “Bermud üçbucağına” Qubad İbadoğlunun Müsavatdan çıxarılması və ona görə partiyadan istefa edənlər də qarışdı. Həftə boyu Lamiyənin “qanunsuz” yolla ana olmasının giriftarı olduq. Nə var ki, Lamiyə türmədə ola-ola hansı yollasa ana olub. 

Onun bu “qanunsuz” analığı cəmiyyətin bütün diqqətini özünə çəkdi. Nəinki diqqətini çəkdi, həm də huşunu apardı. İman bir yerə güman min yerə getdi. Amma hələ də nəticə əldə edilməyib. Hədəfə vuran isə “Qafqazinfo.az”ın başqanı Elbrus Ərud oldu. Dedi ki, Lamiyə naməlum şəraitdə ana olduğundan müvəqqəti olaraq, əsl ata üzə çıxana, tapılana qədər o funksiyanı türmədəki dustaqlara və ordakı qaydalara birbaşa cavabdehlik daşıyan, general Mədət Quliyev icra etməlidir.

Günün, həftənin ən aktual mövzusunu sıradan çıxarmağa gücü çatmasa da, yalnız Maral hadisəsi onunla tən gəldi. Maral Tahirqızı deyilən “dünyada ən zil səsli” müğənni insan alveriylə məşğul olurmuş və ona cinayət işi açılıb. Mətbuatın, ictimiayyətin informasiyalı kəsimi bunun fikrini çəkdiyi vaxt Elza Seyidcahanı kimsə ilin şairəsi elan etdi. Yaxşı Elza ilin şairi olacaqdısa, mərhum Vaqif Səmədoğlu da yaşayıb bunu eşitməli, milli mətbuatımızdan oxumalı, rəngli televiziyalarımızdan eşitməyə borcluydumu? Hər şeydə bir xeyir var deyirlər. Bəlkə də rəhmətlik Vaqif Səmədoğlunu Allah öz dərgahına bunu eşitməməkçün belə tez apardı. İndi Elzanın ilin şairəsi seçilməsinin əzabını qoy Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Məmməd İsmayıl, Salam Sarvan yaşasın. Onların qismətində bu varmış…

Qismətdən qaçmaq olmaz. Elə Qubad İbadoğlunun Müsavatdan çıxarılması da onun qismətiymiş ki, yaşadı.

Zənnimcə, büün bunlar Azərbaycan cəmiyyəti üçün Zaurun “Öz aramızda”, Elgizin “El içində”si qədər aktualdır. Ölkədə mən bildiyim qədər 55 siyasi partiya qeydiyyatdan keçib və onlardan biri də Müsavat partiyasıdır. Bu partiyaların hər birinə gündə, ayda, yaxud ildə deyə bilmərəm, amma müxtəlif adamlar üzv olur, bəzən kimsə istefa verir, bəzən də partiyadan onları çıxarırlar. Bunun nə fərqi var ki?! Müsavatdan Qubad İbadoğlunun çıxarılması və ya qalması nəyi dəyişirdi? Guya Qubad İbadoğlu lap başqan olsaydı nəsə dəyişəcəkdi? Arfi Hacılının de-fakto başqan olması ilə nə baş verib axı? İnsanlar sanki bunun fərqində deyillər, elə özlərini bu kimi informasiyalarla yorurlar, sosial şəbəkələri bu informasiyalarla yükləyirlər. Qubad İbadoğlunun yaxşı iqtisadçı olmasına, Qırğızıstan hökumətində iqtisadi müşavir kimi fəaliyyətlərinə etiraz yox. Amma partiya ilə düşüncələri üst-üstə düşmürsə, oradan çıxarılması da günün mövzusu deyil, həm də labüd idi. Rusiya iqtisadiyyatının “xaç atası” sayılan keçmiş maliyyə naziri Kudrini yəqin ki, çox adam xatırlayır. Hökumətlə fikirləri üst-üstə düşmədi, Medvedyev onu istefaya göndərdi. Adi qaydadır. İndi Qubad İbadoğlunun partiyadan çıxarılması da, onunla birlikdə Müsavatdan gedənlərin olması da adi haldır. Siyasətin əlifbeyidir. Cəmiyyət üçün faydalılıq əmsalı sıfırdır. O sırada olanlardan biri, Hüseyn Məlik böyük mübariz yolu keçən, əqidəli və təmiz, təşkilatçı bir şəxsdir. Bir zaman KXCP-dən Müsavata getdi. Onun gedişi ilə KXCP nəyi dəyişdi, yaxud KXCP-də nə dəyişdi ki. indi də Müsavatda baş versin? Cəmiyyətin, mətbuatın vaxtını bu kimə işlərə sərf etməsi heyifdir. Dünyanı bürüyən ciddi informasiyalar qalıb bir tərəfdə, iqtisadi krizis, infliyasiya, neftin qiymətinin enməsi, bunun ölkələrə və bizə təsiri və s. Bu kimi hadisələrin təhlili, analizi, ölkəmizə, regionumuza təsiri ilə cəmiyyəti məlumatlandırmaq olardı. Dünyanı və onun tərkib hissəsi olaraq, ölkəni bürüyən rus təbliğatı da qalıb birtərfdə.

Son bir həftədə qəbul edilən bir sıra mühüm qərarlar, sərəncamlar var ki, əhali onları bilmək istəyir. Bəzən rastlaşdıqlarımız soruşurlar ki, mən evimi satsam vergi ödəməliyəmmi? Tək-tək adamlara cavab vermək mümkün deyil. Əlimizdə də başqa vasitə yox. Mütəxəssilər cəmiyyətin yaşamına təsir edən bu kimi məsələləri mətbuatla, sosial şəbəkələrlə insanlara çatdırsaydı nə gözəl olardı…Nəinki Lamiyə, Maral, ya Elza, eləcə də Müsavatdan gedənlər və ya göndərilənlər…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstan kəndlərinin qazlaşdırılmasını üçün 7 mln. manatdan çox vəsait ayrılıb

Next Post

Çoban 8 kiloluq qızıl tapdı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Çoban 8 kiloluq qızıl tapdı

ABŞ səfiri: “Erməni məsələsində mövqeyimiz dəyişməzdir...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.