Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələri çərçivəsində bu gün prezident Ərdoğan və Yunanıstanın baş naziri Mitsotakisin görüşü planlaşdırılır. Yunan mətbuatı bu görüşə və onun mümkün nəticələrinə geniş yer verdi. Budur təfərrüatlar…
Elchi.az bu barədə Global News-a istinadən xəbər verir.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası çərçivəsində gərgin diplomatiya aparır.
Onun Yunanıstanın baş naziri Miçotakislə görüşü də onlardan biridir.
Türkiyədə baş verən zəlzələ fəlakətlərindən sonra iki ölkə arasında münasibətlərdə başlayan müsbət proses iyul ayında Litvanın paytaxtı Vilnüsdə liderlərin keçirdiyi NATO Zirvə toplantısında da davam edib.
Prezident Ərdoğanın Amerikanın PBS televiziyasına verdiyi müsahibədə “ Yunanıstanla onilliklərdir dostuq” açıqlaması Yunanıstan mətbuatında geniş işıqlandırılıb.
Bəyanat Ərdoğanın Türkiyə-Yunanıstan münasibətlərində müsbət atmosferi davam etdirmək əzminin göstəricisi kimi şərh edilib.
Yunan mətbuatı iki liderin gündəmində olan 4 əsas mövzuya diqqət çəkir.
Siyasi dialoq, etimad tədbirlərinin həyata keçirilməsi, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının müsbət gündəliyi və planlaşdırılması.
Egeydə hərbi təlimlərin məhdudlaşdırılması və təxirə salınması siyasətinin uzadılması ilə mümkün gərginliyin qarşısının alınacağına dair şərhlər də diqqət çəkir.
Dünən BMT binasında görüşən xarici işlər nazirləri Hakan Fidan və Yorgos Gerapetritis də iki liderin görüşünə qatılacaq.
Nuranə Məmmədova





