Almaniyanın Ukraynadan gələn qaçqın axını səbəbindən miqrantları qəbul etmək imkanlarını tükənib. Elchi.az xəbər verir ki, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdən gələn miqrantların Avropa İttifaqındakı ümumi sayının üçdə birini, Ukraynadan isə bir milyondan çox qaçqını qəbul edən Almaniya fövqəladə vəziyyət yaşayır.
Prezident həmçinin Avropa İttifaqının xarici sərhədlərinə daha sərt nəzarətin qurulmasının, Avropaya gələn miqrantların bölüşdürülməsi üçün daha ədalətli sistemin qurulmasının, habelə insan qaçaqmalçılarına qarşı daha effektiv mübarizənin aparılmasının vacibliyini vurğulayıb.
Havar Şəfiyeva





