İsrail polisi ölkənin şimalındakı Eliakim Hərbi Bazasından oğurlanan tankı bölgədəki qırıntılar anbarında tapıb.
Elchi.az xəbər verir ki, İsrail polisinin verdiyi yazılı açıqlamada ordudan Eliakim Hərbi Təlim Bazasından bir tankın oğurlandığı xəbəri üzərinə hərəkətə keçdikləri və araşdırmalar nəticəsində tankın qırıntı qabında tapıldığı bildirilib.
İsrail polisi “boş” adlandırdıqları tankın yanında polis maşınının görüntülərini də paylaşıb. Oğurluq hadisəsi ilə bağlı polisin ordu ilə birgə istintaqa başladığı açıqlanıb.
İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada şassiləri qırıntı anbarında tapılan Merkava MK2 tipli tankın uzun illər boş vəziyyətdə qaldığı bildirilib. Tankda silah olmadığı və sistemlərinin işləmədiyi bildirilib. Tankın bölgədə gəzən mülki vətəndaşlara açıq ərazidə yerləşdiyi və əsgərlərin hədəf atma təcrübəsində stasionar vasitə kimi istifadə edildiyi paylaşılıb.
Tankın orduya qaytarıldığı və hadisə ilə bağlı hərbi istintaq açıldığı bildirilib.
Şayəstə Hüseynova




